Ağsu rayon kənd təsərrüfatı idarəsinin təşkilatçılığı ilə “Pambıq bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri”nə həsr edilən maarifləndirici seminar keçirilib. Bildirilib ki, pestisidlərin tətbiqi zamanı işçilər xüsusi geyimlərlə, kimyəvi mübarizə aparılan ərazi isə xəbərdaredici nişanlar və plakatlarla təmin olunmalıdır. Pestisidlərlə işləyən şəxslər onun xüsusiyyətləri, toksiklik dərəcəsi, məsarif norması, istifadə sayı haqqında tam məlumatlı olmalıdırlar. Onun tətbiqi zamanı qonşu ərazilərin və sahələrin sahibləri, torpaq mülkiyyətçiləri, fermerlər ərazidə aparılan kimyəvi mübarizə və texniki təhlükəsizlik tədbirləri ilə qabaqcadan məlumatlandırılmalıdır. İşçi məhlulu hazırlanarkən və tətbiq edilərkən ərazilərə uşaqların, xəstələrin, hamilə qadınların buraxılması qadağandır. Kimyəvi mübarizə tədbirlərinin axşamlar aparılması məqsədəuyğundur.
Seminarda pambıq bitkilərində sovka və mənənələrə qarşı istifadə olunan preparatların hazırlanma qaydası əyani şəkildə iştirakçılara göstərilib, verilən suallar cavablandırılıb.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026