Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün ilk dəfə olaraq fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib.
Müsabiqədə iştirak üçün 48 rayondan ümumilikdə 96 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.
Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində taxılçılıqda yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer İkram Ziyadov “Ayın fermeri” müsabiqəsinin qalibi elan edilib. Bərdə rayonunda 23 ildir taxılçılıqla məşğul olan İkram Ziyadov düzgün aqrotexniki qulluq nəticəsində taxıl sahəsindən buğda üzrə orta hesabla 54 sentner, arpa üzrə 45 sentner məhsul əldə edib.
Qeyd edək ki, “Ayın fermeri” müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.
Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026