Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramının imzalanması mərasimi keçirilib. Onlayn təşkil edilən mərasimdə iştirak edən təhsil naziri Emin Əmrullayev ikili diplom proqramının əhəmiyyətinə toxunub və bu cür əməkdaşlıqların iki ölkə arasında təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb.
Mərasimdə bildirilib ki, sözügedən proqram bakalavr səviyyəsində 4 ixtisas üzrə (bitki mühafizəsi, aqronomluq, aqromühəndislik və iqtisadiyyat) nəzərdə tutulub. Proqram çərçivəsində 2021-ci ildən başlayaraq hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege universitetində ödənişsiz təhsil alacaq.
İkili diplom proqramının “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulur.
İmzalama mərasimində iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ege Universitetinin rektoru Necdet Budak və ADAU-nun rektoru İbrahim Cəfərov çıxış edərək iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsini vacib addım kimi dəyərləndirib, bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
Daha sonra iki universitet arasında onlayn şəkildə ikili diplom proqramı üzrə müqavilə imzalanıb. İmzalanma mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026