Respublikada çəltik, tütün və şəkər çuğunduru yığımı davam edir.
Oktyabrın 7-dək ölkə üzrə 7734,7 ton çəltik yığılıb. Bu il 504 istehsalçı tərəfindən 4038 hektar sahədə çəltik əkilib, bu günədək 2586 hektar sahədə biçin aparılıb. Çəltik sahələrində orta məhsuldarlıq 30 sentner təşkil edir.
Azərbaycanın 14 rayonunda və Naxçıvan Muxtar Respublikasında tütün yarpaqlarının yığımı davam edir. Fermerlər tərəfindən qəbul məntəqələrinə 3285 ton quru tütün təhvil verilib. Bu il ən çox tütün Şəki ərazisində əkilib. Rayon üzrə 1061 hektar sahədə tütün becərilib.
2019-cu ildə Azərbaycanın 25 rayonunda ümumilikdə 7345 hektar sahədə şəkər çuğunduru becərilib. Bunlardan 5693 hektarı sadə suvarmalı, 1652 hektarı isə Pivot suvarma sistemi altında olan sahələrdir. Bu günədək fermerlər tərəfindən 72584,8 ton şəkər çuğunduru yığılaraq təhvil verilib. Bu il şəkər çuğunduru ən çox İmişli (917 ha), Ağcabədi (848 ha), Tərtər (670 ha), Tovuz (668 ha), Beyləqan (557 ha) və Füzuli (553 ha) rayonları ərazisində əkilib.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026