Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədovanın rəhbərliyi altında nümayəndə heyəti Moskvada işgüzar səfərdədir. Səfərdə məqsəd 24-27 sentyabr tarixlərində Moskva Beynəlxalq Qida Sərgisində iştirak etməkdir.
Sərgidən əvvəl, sentyabrın 23-də isə Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndə heyəti Hindistan Qida istehsalçılarının ənənəvi Forumunda iştirak edib. Görüş çərçivəsində “Hindistan və MDB ölkələrinin 2020-ci ildə qida ticarəti münasibətlərinə ümumi baxış” mövzusunda baş tutan plenar sessiyada qurumun İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov və ixrac şöbəsinin müdiri Bahadır Rəşidli təqdimatla çıxış edib.
Daha sonra 25-dən artıq Şirkət təmsilçisinin iştirak etdiyi Foruma fəxri qonaq kimi qatılan ATT İdarə Heyətinin sədri Leyla Məmmədova çıxış edərək Azərbaycanda kənd təsərrüfatının bugünkü vəziyyəti, investisiya imkanları barədə məlumat verib, tədbirdə iştirak edən Şirkət nümayəndələrini 2020-ci ildə Bakıda keçiriləcək “Caspian Agro” Beynəlxalq Sərgisinə dəvət edib.
Görüş barədə fikirlərini bölüşən Leyla Məmmədova davamlı olaraq müxtəlif beynəlxalq sərgilərdə iştirak etdiklərini, yerli fermer və qida istehsalçılarının sərgilərdə iştirakını dəstəklədiklərini bildirib.
“Moskva Beynəlxalq Qida Sərgisi bu sahədə ən böyük sərgilərdən biridir. Davamlı olaraq bu və digər ölkələrdə keçirilən sərgilərdə ölkəmizi təmsil edirik. Azərbaycan istehsalı kənd təsərrüfatı və qida məhsullarının ixrac coğrafiyasını genişləndirmək üçün mütəmadi olaraq ikitərəfli görüşlər keçiririk. Bu dəfə Hindistan Qida istehsalçıları ilə ikitərəfli görüşümüz oldu. Bu günə qədər ixrac əməliyyatlarımızda ənənəvi ölkələrlə yanaşı, Nigeriya, BƏƏ kimi qeyri-ənənəvi ölkələr də yer alıb. İxrac hədəflərimiz böyükdür və Hindistan nümayəndə heyəti ilə görüşümüzdə də Azərbaycan kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı prioritet müzakirə mövzusu oldu.”
Forumda iştirak edən Şirkət nümayəndələrini sabah start götürəcək Moskva Beynəlxalq Qida Sərgisində Azərbaycan stendini ziyarət etməyə dəvət edən Leyla Məmmədova Hindistan iş adamlarının ölkəmizdə kənd təsərrüfatı sahəsinə investisiya qoymaqda maraqlı olduqlarını, bunun üçün Aqrar Tədarük və Təchizat ASC tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib.
Xatırladaq ki, Moskva Beynəlxalq Qida Sərgisi sentyabrın 27-dək davam edəcək. Aqrar Tədarük və Təchizat ASC sərgidə “Kənddən Şəhərə” adı altında qablaşdırılmış yerli istehsal kənd təsərrüfatı və ərzaq məhsullarını nümayiş etdirəcək.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024