İzmirdə keçirilən “Türkiyədə biomüxtəliflik” mövzusunda toplantıda Azərbaycanda kənd təsərrüfatının inkişafından danışılıb.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin təşkilatçılığı ilə İzmir şəhərində “Türkiyədə biomüxtəliflik” mövzusunda toplantı keçirilib və bu sahəyə aid sərgi təşkil edilib. Toplantıda Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Türkiyənin dövlət himni səsləndiriləndən sonra ölkənin müasir həyatında kənd təsərrüfatının inkişafını əks etdirən sənədli film nümayiş olunub. Rəsmi açılışda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Orta Asiya üzrə bölgə kordinatoru və Türkiyə təmsilçisi Viorel Gutu, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli, Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimov və başqaları çıxış ediblər.
FAO-nun həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışan Viorel Gutu Türkiyə ilə əməkdaşlıq əlaqələrinin nəticələrindən bəhs edib. Türkiyənin biomuxtəlifliyini tükənməz bir milli sərvət kimi dəyərləndirən nazir Bekir Pakdemirli kənd təsərrüfatı sahəsində ölkədə əldə olunan nailiyyətlərdən və perispektivlərdən danışıb.
Azərbaycanda kənd təsərrüfatının inkişaf istiqamətləri barədə geniş məlumat verən nazir İnam Kərimov bildirib ki, FAO-Türkiyə ortaq proqramları çərçivəsində qardaş ölkənin dəstəyi ilə respublikamızda 16 layihə həyata keçirilib. Azərbaycan hökumətinin kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırdığını vurğulayan nazir qeyd edib ki, bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq mövcuddur. Ölkəmiz bu sahədə beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrlə səmərəli əməkdaşlıq edir.
Daha sonra tədbir iştirakçıları Türkiyənin biomüxtəlifliyinə aid sərgi ilə tanış olublar. Tədbir çərçivəsində ağacəkmə aksiyası da keçirilib.
Toplantı panellərdə davam etdirilib.
Nümayəndə heyətinin Türkiyəyə səfəri aprelin 30-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
09 Oktyabr 2026
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub
09 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Naxçıvanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
08 Oktyabr 2026
Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri həyata keçirilir
08 Oktyabr 2026
Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib
08 Oktyabr 2026