Ölkədə fəaliyyət göstərən taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.
Bununla bağlı mayın 27-də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində dövlət qurumlarının nümayəndələrinin, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək vurğulayıb ki, qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim böyük diqqət və qayğı göstərilir, aqrar sektorda davamlı islahatlar aparılır, bu sahəyə dövlət dəstəyi mexanizmləri tətbiq edilir. Qeyd olunub ki, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılan Assosiasiyanın fəaliyyəti taxıl istehsalının və taxılçılıq məhsulları ilə özünütəminetmə səviyyəsinin artırılması baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən Assosiasiyanın fəaliyyətinin səmərəli təşkilinə lazımi dəstək göstəriləcəkdir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Araz İsmayılov Assosiasiyanın yaradılmasının taxılçılığın inkişafında, istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsində, yeni texnologiyaların tətbiqinin genişləndirilməsində böyük rolu olacağını qeyd edərək, Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılan Assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov aqrar sektorda sahibkarlığın inkişafı istiqamətində Konfederasiya tərəfindən görülən işlər barədə məlumat verib, yeni yaradılan Assosiasiya ilə yaxından əməkdaşlıq həyata keçiriləcəyini bildirib.
Tədbirdə taxılçılıq sahəsində fəaliyyət göstərən iş adamları çıxış edərək, “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.
Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. "Karat Holding" MMC-nin rəhbəri Taleh Qasımov “Azərbaycan Taxıl İstehsalçıları və Emaçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.
Sonda Assosiasiyanın gələcək fəaliyyəti və taxılçılığın inkişafı ilə bağlı sahibkarlarla müzakirələr aparılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
09 Oktyabr 2026
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub
09 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Naxçıvanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
08 Oktyabr 2026
Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri həyata keçirilir
08 Oktyabr 2026
Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib
08 Oktyabr 2026