İsveçrənin Bern şəhərində “Gələcəyin əkinçiliyi, resursqoruyucu kənd təsərrüfatı ilə rentabelli və dayanıqlı əkinçilik” mövzusunda onlayn formatda Torpaqqoruyucu əkinçilik üzrə 8-ci Dünya Konqresi keçirilib. Konfransda dünyanın 100-dən artıq ölkəsini və beynəlxalq elmi cəmiyyətləri təmsil edən mütəxəssislər, tədqiqatçılar, elm adamları və fermerlər iştirak ediblər. Tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov və Aqrar Elm və İnnovasiya Mərkəzinin Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri Yaqub Quliyev təmsil ediblər.
Tədbirdə resursqoruyucu əkinçiliyin torpağın flora və faunasına, strukturuna, xüsusiyyətlərinə, ətraf mühitə, biki məhsuldarlığına və s. göstəricilərə təsiri barədə məruzəçilər tərəfindən çoxsaylı təqdimatlar edilib, aparılmış uzunmüddətli tədqiqat nəticələri barədə məlumat verilib. Konfransda məruzəçi kimi İmran Cümşüdov “Adi və tirəyə əkin torpaqbecərmə üsullarının payızlıq buğda sortlarının inkişafına təsiri” mövzusundu təqdimatla çıxış edib.
Gələcəyin əkinçiliyi kimi qəbul edilən resursqoruyucu torpaqbecərmə üsullarının xüsusilə iqlim dəyişikliyinin mənfi təsiri və suvarma suyu qıtlığı ilə üzləşən ölkələrdə kənd təsərrüfatının dayanıqlı inkişafında rolu vurğulanıb, son illərdə dünyada, o cümlədən Avropada, xüsusilə Cənubi Amerika ölkələrində torpaqqoruyucu əkinçilik altında olan əkin sahələrinin ilbəil artdığı qeyd edilib.
Təqdimatlardan sonra təşkil edilən plenar müzakirələrdə iştirakçılar tərəfindən qaldırılan məsələlər və suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, konfrans Torpaqqoruyucu Əkinçilik üzrə Avropa Federasiyası və İsveçrənin Şumsuz Əkinçilik Assosiasiyasının təşkilatçılığı, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüatı Təşkilatının (FAO) texniki əməkdaşlığı, həmçinin Life Agromitiga və Agoro Carbon Alliance təşkilatının dəstəyi ilə baş tutub.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026