Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Aqrar Sənaye Kompleksi və Ərzaq Naziri Dmitri Deqtyarov ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu və iki ölkə arasında ticarət dövriyyəsinin həcmində davamlı artımın müşahidə olunduğu bildirilib və şərab ticarət evinin fəaliyyət göstərdiyi vurğulanıb.
Rusiyanın bir çox vilayətlərinin, o cümlədən Sverdlovsk vilayətinin Azərbaycan üçün vacib tərəfdaş olduğu vurğulanıb və ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlər, fermerlərə göstərilən dövlət dəstəyi, ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti, biznes üçün yaradılmış liberal bazar iqtisadiyyatı, aqrar sahədə kadr potensialının gücləndirilməsi, eləcə də aqrar sahənin inkişafı üçün müəyyən edilmiş strateji hədəflər barədə qonağa ətraflı məlumat verilib.
Görüşdə, həmçinin Azərbaycan Respublikası ilə Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistik məsələləri, bitkiçilik və heyvandarlıq sahəsində mütərəqqi texnologiyalardan istifadə üzrə təcrübə mübadiləsinin aparılması, kənd təsərrüfatı avadanlıqları, aqrar sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq, eləcə də aqrar tədqiqatların aparılması və s. məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
AXA-nın Mərkəzi Laboratoriyasında “Açıq qapı” günü keçirilib
25 Avqust 2026
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinə həsr olunmuş növbəti iclas keçirilib
25 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
25 Avqust 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026