Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti aqrar sığortanın tətbiqi ilə bağlı təcrübənin öyrənilməsi və əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə Türkiyəyə səfərə gedib. Səfər zamanı ASF-nin nümayəndələri İstanbul və Ankara şəhərlərində Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyində, Kənd Təsərrüfatı Sığortaları Sistemi (TARSİM) və təkrar sığorta şirkətlərində görüşlər keçiriblər.
Ankarada Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqovla Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Fatih Metinin görüşü keçirilib. Görüşdə iki ölkə arasında aqrar sığorta sisteminin inkişafı və genişləndirilməsi, eləcə də aqrar sığortanın digər ölkələrdə birgə tətbiq edilməsi istiqamətində müzakirələr aparılıb. Bundan başqa, Fuad Sadıqov TARSİM-in İdarə Heyətinin sədri, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin kənd təsərrüfatı islahatları şöbəsinin rəhbəri Kərim Üstün və TARSİM-in İdarə Heyətinin üzvü və baş direktoru Serpil Günalla görüşlər keçirib.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta sistemi Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, TARSİM təşkilatının təcrübəsi və yaxından dəstəyi əsasında yaradılıb. Hazırda TARSİM və Aqrar Sığorta Fondu arasında əməkdaşlıq davam edir.
Səfər zamanı TARSİM-lə əməkdaşlığın genişləndirilməsi, risklərin idarə edilməsi, yeni məhsulların sığortası, İT sistemin fəaliyyəti üzrə təcrübənin öyrənilməsi və metodoloji dəstək məsələləri müzakirə edilib.
Aqrar Sığorta Fondunun nümayəndələri təkrar sığorta sahəsində əməkdaşlıqla bağlı görüşlər keçiriblər.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026