Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 12-nə olan operativ məlumata görə, ölkə ərazisində 235159 hektar ərazidə taxıl biçini aparılıb, 203507,7 hektar ərazidə arpa, 31651,3 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 699511,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 29,7 sentner təşkil edir.
Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29926 hektar sahənin 28944 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax, Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam və Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026