Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 25-nə olan operativ məlumata görə, ölkə ərazisində 628656,95 hektar ərazidə taxıl biçini aparılıb, 303286,6 hektar ərazidə arpa, 325370,35 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2003496,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,8 sentner təşkil edir.
Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Neftçala, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Füzuli, Cəlilabad, Qax, Biləsuvar və Göyçay rayonlarında arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13449 hektar sahənin 13339 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6797 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş, Ağcabədi rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026