Azərbaycanda buğda bitkisində pas xəstəliklərinin idarə edilməsinə həsr olunmuş konfrans keçirilib. Konfransda Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyə ofisinin mütəxəssisləri və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edib.
Konfransda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, taxıl istehsalının artırılmasında düzgün aqrotexniki qulluğun əhəmiyyətinə toxunub.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov hazırlanmış “Milli strateji program və fövqəladə hal planı” barədə məlumat verərək regional əməkdaşlığın, eləcə də ölkələr arasında məlumat mübadiləsinin rolunun əhəmiyyətini qeyd edib və bu sənədin ölkəmiz üçün gələcək risklərdən müdafiə olunmasının vacibliyini nəzərə çatdırıb.
FAO-nun Azərbaycan nümayəndəsinin köməkçisi Bariz Mehdiyev əməkdaşlıq proqramları barədə danışıb, həmçinin pas xəstəliyinə qarşı strateji yol xəritəsinin hazırlanmasında və həyata keçirilməsində təşkilatın birbaşa dəstəyinin olduğunu bildirib.
FAO-nun Mərkəzi Asiya üzrə subregional ofisinin əməkdaşı Fazil Düşüncəli layihənin nəticələrindən, gələcək üçün atılacaq addımlardan, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov qlobal iqlim dəyişikliyinin aqrar sektora təsiri, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov buğda bitkisinin xəstəlikləri üzrə həyata keçirilən tədqiqat işləri, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Qərib Novruzlu buğda pası xəstəliklərinin qarşısının alınması və idarə olunması üçün milli strategiya və fövqalədə hallar planının layihəsi barədə məlumat verib.
Sonda konfrans öz işini buğda pası xəstəliyi ilə bağlı yarana biləcək risklərə qarşı həyata keçiriləcək tədbirlərlə bağlı panel müzakirələrlə davam etdirib.
AFAQ layihəsi çərçivəsində Ağsu, Şəki və Tərtər rayonlarında qadın fermerlərə dəstək göstərilib
24 Dekabr 2024
Azərbaycada embrion köçürmə texnologiyalarının heyvandarlığın inkişafında roluna həsr olunmuş elmi konfrans keçirilib
24 Dekabr 2024
Qobustanda doludan zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri edilib
23 Dekabr 2024
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024