Azərbaycanda aqrar sığorta üzrə müstəqil ekspertlərin seçimi və hazırlanması üzrə imtahanlar başlayır.
Dövlət İmtahan Mərkəzi aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsinə qeydiyyat elan edib. Müstəqil ekspertlər institutu ölkədə yaxın günlərdə işə düşəcək aqrar sığorta mexanizminin mühüm elementidir. Kənd təsərrüfatı heyvanları, əkinlər və məhsullar, eləcə də balıqların sığortalanması zamanı müstəqil ekspertlərin rəyi əsas götürələcək. Risklər və hadisə zamanı dəyən zərərləri müstəqil ekspertlər müəyyən edəcək. Bu xidmətlər pullu olduğuna görə, müstəqil ekspert statusu qazanan şəxslər daimi gəlir mənbəyi əldə etmiş olacaqlar.
Dövlət İmtahan Mərkəzinin elanına əsasən, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlərin qeydiyyatı sentyabrın 14-dən 27-dək aparılacaq.
İmtahanlar Bakıda və regionlarda DİM-regional bölmələrinin yerləşdiyi binalarda keçiriləcək. Şərtlərə əsasən, müstəqil ekspert statusunu almaq üçün imtahanlara baytarlıq, aqronomluq və əlaqəli ixtisaslarda ali və orta ixtisas təhsilə malik olan şəxslər qatıla bilərlər.
İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
İmtahanda aşağıdakı ixtisaslar üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər:
1-ci sertifikat növü üzrə aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi;
2-ci sertifikat növü üzrə baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik;
3-cü sertifikat növü üzrə balıqçılıq və su bioehtiyatları və akvakultura.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanın I mərhələsində iştirak üçün ödəniş 94.40 manatdır (ƏDV daxil olmaqla). “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
İmtahanın I mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir. 72 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilir və onlar Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanır. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı Aqrar Sığorta Fondu tərəfindən DİM-ə göndərilir və onlar təlim proqramları əsasında imtahanın II mərhələsində iştirak edirlər.
İmtahan barədə ətraflı məlumatları Dövlət İmtahan Mərkəzinini internet səhifəsindən əldə etmək mümkündür.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026