Respublika ərazisində 33948 hektar qarğıdalı, 16235 hektar günəbaxan əkilib.
Azərbaycan Respublikasında taxıl yığımı artıq başa çatmaq üzrədir. Yığım başa çatdıqdan sonra - avqust ayında qarğıdalı və günəbaxan sahələrinin biçininə və yığımına başlanması nəzərdə tutulub.
Artıq ölkə ərazisində yığım mövsümünə başlamaq üçün hazırlıq işləri həyata keçirilir. Bu dövrdə qarğıdalı sahələrinin biçini və yığımı üçün “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin istifadəsində olan kombaynlar yeni mövsümdə istifadəyə hazırlanıb. Hazırda qarğıdalı məhsulunun yığılması üçün 39 ədəd, günəbaxan məhsulunun yığımı üçün isə 8 ədəd kombayna birləşdirilən xeder ayrılıb. Qeyd edək ki, “Aqrolizinq” ASC-nin təchizat bazalarında 40 ədəd yem-qarğıdalı xederi, 9 ədəd yem-günəbaxan xederi mövcuddur. Qarğıdalı və günbaxan istehsalı ilə məşğul olan sahibkarlar, fermerlər və təsərrüfat subyektləri bu texnikaları lizinq yolu ilə satın alaraq istifadə edə bilərlər.
Ümumilikdə Respublika ərazisində 8 iqtisadi rayon üzrə 33948 hektar qarğıdalı, 16235 hektar günəbaxan əkilib.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026