Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub. İyulun 10-na olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 83,4 faizində biçin başa çatıb. Biçin aparılmış 847806,6 hektar sahədən 2,66 milyon tondan çox məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir.
Hazırda biçin əsasən dağətəyi və dağlıq ərazilərdə aparılır. Biçin prosesinə 804 kombayn cəlb olunub. Bunlardan 216 kombayn "Aqrolizinq" ASC-nin biçin zonasındakı aqroservislərinin balansında olan kombaynlardır. Bundan başqa, "Aqrolizinq" ASC tərəfindən digər bölgələrdən biçin zonasına əlavə 124 kombayn dislokasiya edilib. Biçində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 464 kombayn da iştirak edir. Bu günədək "Aqrolizinq" ASC-nin kombaynları tərəfindən 266995 hektar sahədə biçin həyata keçirilib.
Biçin prosesi davam edir.
Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
07 Oktyabr 2026
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
07 Oktyabr 2026
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026