Azərbaycanda taxıl sahələrinin 45,7 faizində biçin başa çatıb. İyunun 23-nə olan operativ məlumata görə, 461907 hektar sahədən 1455342,8 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,5 sent/ha, o cümlədən buğda üzrə 33,3 sent/ha, arpa üzrə isə 30,4 sent/ha təşkil edir.
Bu il Azərbaycanda 369 min hektardan çox sahədə arpa əkilib. Bugünədək arpa sahələrinin 76 faizində biçin yekunlaşıb. Sahələrdən 860968,2 ton arpa yığılıb. Artıq 22 rayonda arpa sahələrinin 95 faizindən çoxu biçilib.
Sahələrdə buğda biçini sürətlə davam etmıkdədir. Bugünədək 178681,8 hektar sahədə buğda biçini aparılıb, sahələrdən 594374,6 ton buğda yığılıb.
Biçin prosesində 1671 kombayn iştirak edir. Bunlardan 611-i "Aqrolizinq" ASC-nin yerli bölmələrində olan kombaynlardır. "Aqrolizinq" tərəfindən digər rayonlardan aktiv biçin gedən bölgələrə əlavə olaraq 142 kombayn dislokasiya edilib. Biçin prosesinə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 918 kombayn da cəlb olunub.
Biçin davam edir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026