30 aprel - 4 may 2018-ci tarixlərində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin təşkilatçılığı ilə “Qafqaz və Orta Asiyada çəyirtkələr əleyhinə milli və regional mübarizənin təkmilləşdirilməsi proqramı” çərçivəsində təlim kursu öz işinə başlayıb.
Təlimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları, eləcə də ADAU-nin professor, müəllim və tələbə heyəti o cümlədən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun əməkdaşları iştirak edir.
Məlumatların Toplanması üçün Avtomatlaşdırılmış Sistem (MTAS) də daxil olmaqla, çəyirtkəkimilərin monitorinqi və məlumatların idarə edilməsi üzrə təlim FAO-nun beynəlxalq məsləhətçiləri – ABŞ-ın Vayoming Universitetinin professoru Aleksandr Laçıninskiy və coğrafi informasiya sistemləri üzrə ekspert Nadiya Muratova tərəfindən aparılacaqdır. Təlim çəyirtkəkimilərin idarə olunması sahəsində ölkənin potensialını artırmağı və sürü halında hərəkət edərək,respublika ərazisində kənd təsərrüfatı bitkilərinə və miqrasiya etdikdə qonşu ölkələr üçün təhlükə törətmək imkanına malik olan zərərvericiyə nəzarət sisteminin səmərəliliyini yüksəltməyi nəzərdə tutur. Təlimin başlıca məqsədi bu sahədə fəaliyyət göstərən mütəxəssislərin təkmilləşdirilməsindən ibarətdir.
Seminarı giriş sözü ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov açaraq tədbirin Kənd Təsərrüfatın Bitki Mühafizəsi sahəsində əhəmiyyətindən danışıb və bu sahədə qarşıda duran problemlərin həlli yolları müzakirə edilib. Sonra Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov çıxışında cəyirtkəkimilərlə mübarizədə dövlət xidmətinin gördüyü işlər, pestisidlərin tətbiqi zamanı istifadə olunan müasir tipli ultrakiçik həcmli çiləyici aqreqatlar, eyni zamanda bitki mühafizəsi sahəsində görüləcək işlər barədə məlumat verib.
Təlimdə zərərvericilər əleyhinə mübarizə tədbirlərini müasir tələblər səviyyəsinə çatdırması üçün çəyirtkələrin bioekologiyası, davranış və miqrasiyaları, onların miqdarca tənzimlənməsi məsələləri, monitorinqin əsasları, çəyirtkələrin miqdar və yayılmalarının qiymətləndirilməsi üsulları, çəyirtkələr üzrə məlumatların standartlaşdırılması, məlumat toplanmasının avtomatlaşdırılması sistemi və çəyirtkələrlə bağlı proqnozların hazırlanması məsələlərinə dair təqdimatlar keçiriləcək. Praktiki vərdişləri aşılamaq üçün zərərvericinin çoxalması və rezarvasiya mənbələrində tarla təcrübəsi və çəyirtkələr üzrə müasir müayinə üsulları nümayiş olunacaq. Təlim çəyirtkələrə dair statistik informasiyanın daxil olunması üçün interfeys və coğrafi informasiya sistemi məhsullarının yaradılması ilə yekunlaşacaq.
Qeyd edək ki, cari ilin may ayının 5-7-də Bakı şəhərində FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin təşkilatçılığı ilə Qafqaz və Mərkəzi Asiya üzrə çəyirtkəkimilərin idarə edilməsinin təfsilatlı təqdimatı (QMAÇİE) üzrə təlim təşkil olunacaq.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026