İyulun 28-dək davam edəcək I Beynəlxalq Yay Məktəbinə 11 xarici ölkədən 24 təmsilçi qatılıb
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Davamlı İnkişaf Hədəfləri adlı I Beynəlxalq Yay Məktəbi başlayıb. Bu münasibətlə universitetin 2 nömrəli Tələbə evinin akt zalında məktəbin açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, məktəbin təşkilində məqsəd yerli və xarici ali təhsil müəssisələrinin tələbələrini bir yerə toplamaqla, Davamlı İnkişaf Hədəflərini, onların icra vəziyyətini və qlobal əməkdaşlığı müzakirə etməkdir. İyulun 28-nə kimi davam edəcək məktəbdə ölkəmizin ali təhsil müəssisələrindən Azərbaycan Dövlət İqtisad Universitetindən 3, ADA Universitetindən 1, Bakı Mühəndislik Universitetiindən 1, Azərbaycan Dövlət Aqrar Universitetindən 2, Bakı Dövlət Universitetindən 1, Azərbaycan Texnologiya Universitetindən 1 tələbə seçilib. Xarici ali təhsil müəssisələrindən isə Qazaxıstan Milli Aqrar Universitetindən 2, Gürcüstan Texniki Universitetindən 4, Çin Kənd Təsərrüfatı Universitetindən 2, Çexiyanın Cənubi Bohemia Universitetindən 3, Təbiət Elmləri Universitetindən 2, Türkiyənin Allattin Keykubat Universitetindən 2 və Yıldız Teknik Universitetindən 1, Rusiya Dövlət Aqrar Universitetindən 1, Polşanın Poznan Təbiət Elmləri Universitetindən 3 və Varşava Təbiət Elmləri Universitetindən 2, Özbəkistanın Əndican Maşın Mühəndisliyi İnstitutundan 1, Tehran Universitetindən 1 tələbə qatılıb. Ümumilikdə isə yay məktəbində iştirak edən tələbələrin sayı 34-dür.
Yay məktəbinin iştirakçıları universitetin Tələbə evində yaşayış yeri ilə təmin olunublar. ADAU-nun maddi-texniki bazasının ən müasir tələblərə uyğun yenidən qurulması təhsil müəssisəsinin beynəlxalq səviyyəli tədbirlərin mərkəzinə çevrilməsinə səbəb olur.
Kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini çatdıran Kənd Təsərrüfatı Nazirliyinin İnsan Resurslarının İdarəedilməsi Şöbəsinin müdiri Elvin Paşayev ölkəmizdə aqrar sahənin, aqrar elm və təhsilin inkişaf istiqamətlərindən, qarşıda duran prioritet vəzifələrdən danışıb, yay məktəbinin iştiraçlılarına uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Azərbaycan Milli Məclisinin deputatı, Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə, AMEA Gəncə Regional Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış edərək yay məktəbinin təşkilinin əhəmiyyətindən və ADAU-nun beynəlxalq səviyyədə tanınmasında rolundan danışıblar.
Yay məktəbində davamlı inkişaf hədəflərinə dair məsələlər müzakirə olunmaqla yanaşı, iştirakçılar üçün ölkəmizin füsunkar yerlərinə, regionda yerləşən fermer təsərrüfatlarına, Region Aqroparka, Qəbələ Heyvandarlıq Kompleksinə və digər yerlərə turlar təşkil olunacaq.
Tədbirin təşkilində göstərdikləri dəstəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin, Aztexnika və Grand Motors şirkətlərinin rəhbərlərinə təşəkkürünü bildirən rektor bildirib ki, bu, ölkədə müəssisə və təşkilatlar tərəfindən ADAU-da rəqabətədavamlı mütəxəssis hazırlığı istiqamətində aparılan işlərə inam və etimadın nəticəsidir.
Sonra məktəbin iştirakçıları çıxış edərək məktəbin təşkilinə görə minnədtarlıqlarını bildiriblər və təmsil etdikləri ali təhsil müəssisələrinin ADAU ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıblar. Həmçinin burada müzakirə olunacaq məsələlərdən faydalanacaqlarını və ölkəmizi daha yaxından tanıyacaqlarını qeyd edərək, gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024