Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları fəaliyyətə başlayıb. Yarmarkalar paytaxtın 14 məntəqəsində keçirilir. Yarmarkalara Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş fermerlər öz məhsullarını çıxarıblar. Yasamal, Nizami, Xəzər və Səbayel rayonlarında yarmarkalar Bakı şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.
Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Nizami və Səbayel rayonlarında keçirilən yarmarkaların fəaliyyəti ilə tanış olub, fermerlərlə görüşüb, qiymətlərlə maraqlanıb.
Jurnalistlərə açıqlama verən İnam Kərimov bildirib ki, Novruz bayramı ərəfəsində yarmarkaların keçirilməsində məqsəd bazarda məhsul bolluğu yaratmaqdır: “Bu yarmarkalar Cənab Prezidentin göstərişi əsasında keçirilir. Bakı şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyimiz yarmarkalar “Kənddən Şəhərə” brendi altında təşkil olunur. Bu yarmarkaların əsas xüsusiyyəti odur ki, fermerlər öz məhsullarını vasitəçi olmadan, birbaşa alıcılara təqdim edirlər. Yarmarkaya məhsul çıxaran fermerlər vahid geyim formasından istifadə edir. Burada sanitar-gigiyenik normalara ciddi əməl olunur. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bütün yarmarkalarda müvafiq nəzarəti həyata keçirirlər. Hesab edirik ki, bu cür yarmarkaların təşkili nəticəsində həm bolluq olacaq, həm fermerlər öz məhsullarını satmaq üçün yeni imkan əldə edəcək, həm də alıcılar keyfiyyətli məhsulları daha ucuz almaq imkanı qazanacaqlar”.
Qeyd edək ki, bu gündən başlayaraq paytaxtın bütün rayonlarında hər həftənin şənbə və bazar günləri kənd təsərrüfat məhsullarının satış-yarmarkaları keçiriləcək. Novruz bayramı ərəfəsində isə yarmarkalar martın 16-dan 21-dək davam edəcək.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026