Kənd Təsərrüfatı Nazirliyi özəl toxumçulara texnika və avadanlıqlar alınmasında yardım göstərəcək
Azərbaycanda Toxumçular Assosiasiyasının yaradılması nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyi artıq özəl toxumçuluğun mövcud problemlərini aradan qaldırmaq istiqamətində fəaliyyətə başlayıb.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində toxum sektorunun, o cümlədən özəl toxumçuluğun inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində özəl toxumçuların bilik və bacarıqlarının artırılması, yeni innovativ metodlarla tanış olması, ilkin toxum təmizləmə avandalıqlarının alınmasında maliyyə dəstəyi göstərilməsi planlaşdırılır.
Artıq regionlarda özəl toxumçuların texnika və avadanlıqlara olan ehtiyaclarının müəyyənləşdirilməsinə, özəl toxumçuluğun inkişaf etdirilməsində mövcud problemlərin müzakirəsinə başlanıb. Bu məqsədlə Dövlət Xidmətinin və Layihənin, eləcə də Dövlət Toxum Fondunun, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əməkdaşları Bərdə, Qəbələ və Quba rayonlarında fermerlər və toxumçularla görüşlər keçiriblər.
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026