Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov Fransada işgüzar səfərdədir. İnam Kərimov heyvandarlıq üzrə ixtisaslaşmış AURİVA kooperativində olub.
Nazir İnam Kərimov işgüzar səfəri çərçivəsində Overny-Ron-Alp regionunda heyvandarlıq üzrə ixtisaslaşmış AURİVA kooperativinin rəhbəri Brüno Punt və bu sektorun istehsal xəttinə aid olan digər şəxslərlə görüşüb.
Görüşdə İ.Kərimov ölkəmizdə kənd təsərrüfatının, xüsusilə də heyvandarlığın inkişafının prioritet sahələrdən olduğunu diqqətə çatdırıb, heyvandarlığın inkişafına dövlət dəstəyindən, bu istiqamətdə aparılan islahatlardan söz açıb.
Nazir Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının bütün sahələrinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Ölkəmizdə aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutları və süni mayalama mərkəzi haqqında ətraflı məlumat verən İ.Kərimov bu sahənin inkişafının ölkə üçün prioritet olduğunu qeyd edib.
AURİVA-nın rəhbəri Brüno Punt kooperativin fəaliyyəti ilə bağlı təqdimat edib. O, kooperativin süni mayalama yolu ilə yetişdirdiyi 14 cinsdən olan damazlıq buğalar haqqında ətraflı məlumat verib. Bildirib ki, süd və ət məhsuldarlığına görə yetişdirilən bu cinslər müxtəlif iqlim və temperatura dözümlüdür.
Tərəflər hər iki ölkənin ekspertlərinin birlikdə tədqiqat aparmasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə bilik və bacarıq, eləcə də təcrübə mübadiləsinin, qarşılıqlı texniki tərəfdaşlığın inkişafının vacibliyini qeyd ediblər.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Fransadakı səfirliyimizin əməkdaşları da iştirak ediblər.
Təqdimatdan sonra kooperativin istehsalat sahəsinə baxış keçirilib.
Azərbaycan və ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub
19 Noyabr 2026
Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub
19 Noyabr 2026
Zaqatalada Dövlət Proqramı çərçivəsində təsərrüfatlara baxış keçirilib
19 Noyabr 2026
Bakıda “Peşə Təhsili Forumu” keçirilib
19 Noyabr 2026
Xaçmazda beynəlxalq ekspertin iştirakı ilə müasir bağçılıq üzrə sahə görüşü keçirilib
19 Noyabr 2026