May ayının 16-dan etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları və mobil bitki mühafizəsi dəstələri Tovuz, Qazax, Ağstafa, Şəmkir və Samux rayonlarını əhatə edən Ağdağ və Çeyrançöl ərazilərində, eyni zamanda Gürcüstan Respublikası ilə həmsərhəd olan Qazax rayonunun Şıxlı kəndi ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlayıblar.
Şəmkir rayonunda 2000 ha, Tovuz rayonunda 2500 ha, Ağstafa rayonunda 2100 ha, Samux rayonunda 600 ha və Qazax rayonunda 800 ha sahədə (ümumilikdə 8000 ha sahədə) aparılmış monitorinqlər nəticəsində bu ərazilərin 5400 ha sahəsində sirayətlənmə aşkar edilib və kimyəvi mübarizə tədbirlərinə start verilib. Mübarizə tədbirləri “Pikap” tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.
Kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilirlər ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olmalarından xəbər verir. Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər. Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın.
Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara bir daha xəbərdarlıq edərək bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012)-562-87-44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər adıçəkilən zərərvericilər müşahidə edilərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.
Qeyd edək ki, son günlər Gürcüstan və Ermənistan Respublikaları ərazisində, eləcə də işğal olunmuş torpaqlarımızda sürü halında yaşayan İtaliya və Mərakeş çəyirtkələrinin aktivliyi müşahidə edilməkdədir. Bu zərərvericilərin Azərbaycan Respublikası ərazisinə miqrasiya etmə ehtimalı olduğu üçün Dövlət Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi gücləndirilmiş iş rejiminə keçərək sərhədyanı ərazilərdə monitorinqlərini davam etdirir.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026