Xarici mühit obyektlərində patogen və şərti patogen mikroorqanizmlərin məhv edilməsi məqsədi ilə təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır. Təsərrüfat obyektlərində patogen mikroorqanizmləri məhv etməklə epizootik prosesin baş verməsinin qarşısı alınır. Ona görə də epizootiya əleyhinə tədbirlərdə, ən əsas işlərdən biri də profilaktik dezinfeksiyanın aparılmasıdır. Bu məqsədlə Bakı şəhəri, Salyan, Hacıqabul və Saatlı rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirilir. Dezinfeksiya zamanı, xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin təmizliyinə fikir verilib. Mexaniki təmizlikdən sonra dezinfeksiyanın asan və yaxşı getməsi üçün hər kvadrat metr sahəyə 0,5 litr 1 faizli kaustik soda məhlulu ilə çiləmə aparılıb.
Profilaktik dezinfeksiya məqsədilə almerdehyde, ektosan və 5 faizli kaustik soda məhlullarından istifadə edilib. Dezinfeksiya məhlulları obyektlər üzərinə güclü axın halında və ya xırda damlalar şəklində səpilib.
Dezinfeksiyadan sonra təsərrüfatin qapı və pəncərələri açılaraq bina daxilində ikitərəfli hava cərəyanı yaradılaraq qaz halında olan zəhərli birləşmələr təmizlənib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.
Tədbirlərin bundan sonra da ardıcıl şəkildə aparılması nəzərdə tutulub.
Qeyd edək ki, Dövlət Baytarlıq Xidməti tərəfindən cari ilin yanvar-iyul ayları ərzində respublikada 2497216,13 kv. metr sahə profilaktik, 369611 kv. metr sahə məcburi dezinfeksiya, 69100 kv. metr sahə dezinseksiya və 1186 kv.metr sahə deratizasiya tədbirlərinə cəlb edilib. Hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026