Mayın 15-də Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya, 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgiləri öz işinə başlayıb.
Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bu sərgilərin aqrar və qida sahəsində ən böyük tədbirlərdən biri olduğunu qeyd edib. Nazir, həmçinin Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən aqrar sahədə həyata keçirilən mütərəqi islahatlardan söz açıb. Bildirib ki, kənd təsərrüfatı sahəsində qarşıda duran prioritet məsələlərdən biri də innovasiya və yeni texnologiyaların tətbiqidir. Bu baxımdan sərgi iştirakçıları nümayiş etdirilən startaplar və innovasiya sahəsində ən son yeniliklərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Aqrar sahənin sürətlə inkişaf etdiyini deyən İ.Kərimov diqqətə çatdırıb ki, cari ilin ilk rübündə kənd təsərrüfatı sahəsində 3,6 faiz artım olub.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində atılan addımlardan və iş adamları üçün yaradılan əlverişli biznes mühitindən danışıb. Diqqətə çatdırılıb ki, AQTA sərgidə 2 pavilyonla təmsil olunur.
Mərasimdə çıxış edən Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenko isə deyib ki, ölkəsi sərgilərdə 30 şirkətlə təmsil olunur. O, Azərbaycanda kənd təsərrüfatı, eləcə də qida təhlükəsizliyi sahələrinin sürətlə inkişaf etdiyini vurğulayıb.
Bildirib ki, Azərbaycan və Belarus bu sahələrdə sıx əməkdaşlıq edir. Kənd təsərrüfatı texnikasının istehsalı üzrə birgə müəssisələr yaradılır və proses davam edəcək.
Qeyd edək ki, sərgilər 32 ölkəni təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirib. Ötən illə müqayisədə sərgilərin ekspozisiya sahəsi 20 faiz artıb. Eksponentlərin 70 faizini xarici şirkətlər təşkil edir.

Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026