İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib.
Tədbirdə hər iki ölkədən dövlət qurumlarının nümayəndələri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 50-dək şirkət iştirak edib.
Biznes forumda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov ölkəmizin aqrar sektorunda tətbiq olunan innovasiyalar barədə məlumat verib, İsrailin müvafiq qurumları ilə təcrübə mübadiləsi, texnologiya, kadr hazırlığı, aqrar təhsil və tədqiqatlar sahələri üzrə əməkdaşlıq imkanları olduğunu vurğulayıb.
İsrailin Kənd Təsərrüfatı və Kəndlərin İnkişafı Nazirliyinin baş direktorunun müavini İrina Ettinger-Vaynşteyn ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini, İsrail şirkətlərinin bir sıra sahələrə, eləcə də aqrar sektorda həyata keçirilən layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanları diqqətə çatdırıb.
Tədbirdə AZPROMO-nun Azərbaycanın investisiya imkanlarına həsr olunmuş təqdimatı olub.
Biznes forum çərçivəsində iş adamları arasında müzakirələr aparılıb.
2025-ci ildə çiyələk əkinlərinin sığortalanmasına start verilib
04 Aprel 2025
Nazir Məcnun Məmmədov Moldovanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Aprel 2025
Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşları aqrar inkişaf könüllülərinə aqrodata mövzusunda təlimlər keçib
02 Aprel 2025
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin apreldə bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
02 Aprel 2025
Ağdaşda Aqrar Biznes Festivalı çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr keçiriləcək
01 Aprel 2025