Bakıda südçülük istiqamətli heyvandarlıq təsərrüfatlarının inkişafına həsr olunmuş “Dairy Expert Forum Bakı-2022“ adlı forum keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələri, aqropark, südçülük müəssisələrinin əməkdaşları, fermerlər və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində heyvandarlıq sektorunun xüsusi payı olduğunu qeyd edib. Şöbə müdiri bildirib ki, heyvandarlıq sektorunun inkişaf etdirilməsi, heyvan mənşəli məhsulların istehsalının daha da artırılması, məhsulların keyfiyyətinin yaxşılaşdırılması və maya dəyərinin aşağı salınmasında yem bazasının təşkili, mal-qaranın balanslaşdırılmış qarışıq qüvvəli yemlərlə təmin olunmasının əsas amillərdən sayılır. Forum iştirakçılarına heyvandarlıq sektorunun inkişafına dövlət dəstəyi barədə ətraflı məlumat verilib.
Forumda yerli ekspertlərlə bərabər Türkiyədən, Almaniyadan dəvət edilimiş xarici mütəxəssilər də iştirtak edib. Südçülük istiqamətli heyvandarlıq təsərrüfatlarında “Yemləmə xətalarının fəsadları və onların iqtisadi analizi”, “Müxtəlif yemləmə konseptlərinin süd isthesalının səmərəliliyinə təsiri”, “Silos və senajın keyfiyyəti”, “Genetika südçülükdə əsas faktor kimi” aktual mövzulara dair təqdimatlar edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Nazir müavini Sarvan Cəfərov Qobustanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
07 May 2024
“Caspian Agro 2024” sərgisi çərçivəsində "GreenAgroHack" hakaton yarışması keçiriləcək
07 May 2024
Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub
06 May 2024
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
03 May 2024
Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib
03 May 2024