Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, Balakən rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər Balakən Rayon Baytarlıq İdarəsinin 11 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.
Hazırda idarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər, 1 qəsəbə və 18 kəndində saxlanılan 38900 baş iribuynuzlu, 37300 baş xırdabuynuzlu, 1800 baş təkdırnaqlı heyvana, 4900 baş itə və 274600 baş quşa baytarlıq xidməti göstərirlər.
Cari ilin müvafiq dövrü ərzində rayonda 38900 baş iribuynuzlu, 37340 baş xırdabuynuzlu və 1800 baş təkdırnaqlı heyvanlarda qarayara, 3919 baş sahibli itdə quduzluq, 1475 baş xırdabuynuzlu (Rev-1 ştammı ilə) və 950 baş iribuynuzlu (brudoll ŞT-19 ştammı ilə) heyvanlarda bruselyoz xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 179200 (“H” ştammı ilə) baş quş və 291700 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Fevral ayından Balakən rayonu ərazisində saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 38900 baş iribuynuzlu və 37340 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib.
Mart ayının ilk günlərindən isə Balakən Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 38900 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Həmçinin ilin əvvəlindən indiyə kimi baytarlıq xidməti tərəfindən rayon ərazisində 800 kvadratmetr sahədə məcburi, 710 kvadratmetr sahədə isə profilaktik dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024