Cari ilin ilk günlərindən başlayaraq bütün ölkə ərazisində olduğu kimi, Balakən rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Balakən Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində yerləşən “Azər-Aqro”ya məxsus təsərrüfatda 70 baş simmental, holiştin-friz cinsindən olan iribuynuzlu heyvanda qarayara, dabaq, xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb.
Ümumiyyətlə, cari ilin tədbirləri başlayandan indiyə kimi 11 sahə baytarlıq məntəqəsi vasitəsilə rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında saxlanılan 31500 baş iribuynuzlu, 1700 baş təkdırnaqlı heyvanda qarayara, 1215 baş itdə quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə və 400 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Həmçinin 2680 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunəsi götürülüb.
Fevral ayının 10-dan isə Balakən rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A,O,“Asiya-1”, Tur-15 tiplərinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 2300 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.
Ümumiyyətlə, Balakən rayonun 1 şəhər, 1 qəsəbə və 18 kəndində 38900 baş iribuynuzlu, 37300 baş xırdabuynuzlu, 1800 baş at, 4900 baş it və 274600 başdan artıq ev quşu mövcuddur.
Qeyd edək ki, aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də maariflənmə işi apararaq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verir, təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.
Balakən rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlarda nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024