Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Barama istehsalının səmərəli təşkili” mövzusunda onlayn müşavirə keçirilib. Onlayn müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə və Nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak edib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Bildirilib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir. Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafı sahəsində işlər davam etdirilir.
Onlayn müşavirədə Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər və əldə edilən nəticələr müzakirə olunub. Bildirilib ki, dövlət dəstəyi nəticəsində ölkədə baramaçılıq sahəsinə maraq artıb. Tədbirdə yaş barama istehsalı və emalı, keyfiyyətli ipəkqurdu toxumu (qrena) istehsalı, aqrozootexniki qaydalarına uyğun tut ipəkqurdlarının bəslənməsinə riayət etməklə barama istehsalının artırılması məsələləri müzakirə olunub. Onlayn müşavirədə baramaçılıq sahəsində xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsi məsələlərinə də toxunulub.
Baramaçılıqla bağlı tədbirlər planına əsasən işlərin davamlı təşkili, kümxanaların təlimata uyğun olaraq hazırlanması, çəkil bağlarına qulluq işləri və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Müşavirədə baramaçılığın inkişafı ilə bağlı səsləndirilən təkliflər qeydə alınıb, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026