Kənd təsərrüfatı heyvanları saxlanılan və bəslənilən obyektlərdə patogen və şərti patogen mikroorqanizmlərin məhv edilməsi məqsədi ilə dezinfeksiya tədbirləri davam etdirilir. Bu tədbirin aparılmasının əsas məqsədi təsərrüfat obyektlərində patogen mikroorqanizmləri məhv etməklə epizootik prosesin baş verməsinin qarşısını almaqdır. Ona görə də epizootiya əleyhinə tədbirlərin aparılmasında mühüm rol oynayır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Beyləqan Rayon Baytarlıq İdarəsi rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirlərini həyata keçirilir. Həmçinin dezinfeksiya aparılan təsərrüfatlarda dezinseksiya və deratizasiya tədbirləri də icra olunur.
Dezinfeksiya aparılan zaman, xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin mexaniki təmizliyinə fikir verilir, təsərrüfatlarda mexaniki təmizlikdən sonra profilaktik dezinfeksiya işləri aparılır.
Son 500 kvadratmetr sahədə aparılan profilaktik dezinfeksiya \"almerdehyde\", \"ektosan\" və 5 %-li \"kaustik soda\" məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınlar ilə güclü axın halında və ya avtomatik səyyar çiləyiçilərlə səpilib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.
Tədbirin bundan sonra da aparılacağı nəzərdə tutulur.
Həmçinin cari ilin ilk 7 ay ərzində Beyləqan rayonda 132900 kvadratmetr ərazidə məcburi və profilaktik dezinfeksiya tədbirləri aparılaraq rayonda epizootik sabitlik qorunub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, cari ilin yanvar-iyul ayları ərzində respublikada 2497216,13 kvadratmetr sahə profilaktik, 369611 kvadratmetr sahə məcburi dezinfeksiya, 69100 kvadratmetr sahə dezinseksiya və 1186 kvadratmetr sahə deratizasiya tədbirlərinə cəlb edilmişdir. Hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
10 Sentyabr 2026
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026