Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun həyata keçirdiyi “Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsinin növbəti, beşinci mərhələsi çərçivəsində xarici ekspert İbrahim Cerit Azərbaycanda səfərdə olub. Səfər müddətində ekspert istixana şəraitində “double haploid” texnikası ilə qoyulmuş təcrübələrə baxış keçirib.
Sahədə növbəti gübrələmə və dərmanlama işləri aparılıb. Səfər zamanı İbrahim Cerit, institutun direktoru Cavanşir Təlai və layihənin Azərbaycan tərəfindən məsul icraçısı, “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədova ilə birlikdə təcrübə sahəsinə baxış keçirib və mövcud vəziyyət müzakirə edilib.
Səfər zamanı ekspertin iştirakı ilə “kolxisin” və “DMSO” maddələri ilə işlənilmiş haploid toxumlardan əldə edilmiş qarğıdalı genotiplərində izolyasiya və tozlama işlərinə başlanıb. Çiçəkləmə və tozlama prosesinin növbəti 15 gün ərzində başa çatacağı gözlənilir. Ekspert İbrahim Cerit bitkilərin mövcud vəziyyətindən və işlərin gedişatından razı qaldığını bildirib.
Qeyd edək ki, layihənin əsas məqsədi ölkədə hibrid qarğıdalı toxumçuluğunun yaradılmasıdır.
Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
07 Oktyabr 2026
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
07 Oktyabr 2026
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026