Azərbaycanda məhsul yığımından sonra təkrar əkinlərin aparılması ənənələri genişlənir. Fermerlər faraş tərəvəz yığımı və taxıl biçinindən sonra payızlıq əkinlərə qədər ikinci məhsul əkini həyata keçirirlər. Təkrar əkinlər üçün əksər hallarda qarğıdalı bitkisinə üstünlük verilir.
Qarğıdalı əsasən arpa biçinindən sonra təkrar əkin üçün istifadə olunur. Bu il isə təkrar əkinlərə dövlət dəstəyinin miqyası genişlənib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, təkrar qarğıdalı əkini aparan fermerlərə hər hektara görə 86 manat subsidiya veriləcək. Bu, fermerlərə bir ildə ikinci dəfə subsidiya almaq imkanının tanınması deməkdir.
Təkrar əkinlərin həm məhsul artımı, həm də fermerlərin gəlirlərinin artması baxımından böyük əhəmiyyəti var. Bu sahəyə dövlət dəstəyinin artması fermerlərə ildə iki dəfə məhsul götürmək və torpaq resurslarından maksimum, səmərəli istifadə etmək imkanı verir. Təkrar qarğıdalı əkini həm də heyvandarlğın yem bazasının yaxşılaşdırılması baxımından əhəmiyyət kəsb edir.
Xatırladaq ki, fermerlər təkrar əkinmlərə görə subsidiya almaq üçün öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir. Subsidiya üçün elektron müraciətlərin müddəti avqustun 31-də başa çatır.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026