Kənd təsərrüfatında ekoloji təmiz məhsul əldə etmək istiqamətində bir sıra bitkilər üzrə inteqrir bitki mühafizəsi tədbirləri sisteminin ilkin variantları hazırlanıb. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BM TBETİ) keçirilmiş “Pambıq istehsalında zərərli orqanizmlərə qarşı inteqrir mübarizə tədbirlərinin tətbiqi” mözvusunzda keçirilmiş elmi-praktiki seminarda bu barədə ətraflı müzakirə aparılıb.
Seminarda Azərbaycaq Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müşaviri Camal Quliyev, Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Şükür Əhmədov, Kənd Təsərrüfatı Rəqabət Qabilliyyətinin Gücləndirilməsi Lahiyəsinin direktoru Anar Əzimov, lahiyənin bitki sağlamlığı üzrə mütəxəssisi Nəzakət İsmayılzadə, BM və TBETİ-nin Abşeron Təcrübə Stansiyasının direktoru Cəbrayıl Ağayev, Yevlax, Tərtər, Goranboy, Samux, Göygöl, Beyləqan rayonundan olan fermerlər, Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Elçin Xəlilov seminar iştirakçılarına Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsi çərçivəsində əməkdaşlıq barədə danışıb. O, həmçinin institutun əməkdaşlıq etdiyi digər lahiyələr haqqında da məlumat verib.
Seminarda çıxış edən ADAU-nun rektoru İbrahim Cəfərov kənd təsərrüfatında bitki mühafizəsinin rolundan danışıb. AQTİ-nin İdarə Heyəti sədrinin müşaviri Camal Quliyev inteqrir mubarizənin esas elemetleri və təbii tənzimləmə amillərinin nəzərə alınması yolu ilə bütün mühafizə üsullarından istifadə haqqında məruzə edib. Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Şükür Əhmədov isə çıxışında “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planlarında əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi üzrə inteqrir mübarizə sistemlərinin hazırlanması və tətbiqinə dair tədbirlərin həyata keçirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, artıq bir sıra bitkilər üzrə inteqrir bitki mühafizəsi tədbirləri sisteminin ilkin variantları hazırlanıb. BM və TBETİ-nin Abşeron TS-nin direktoru Cəbrayıl Ağayev 2000-2019-cu illərdə bitki zərərverici və xəstəliklərinə qarşı inteqrir mübarizədə tətbiq edilmiş bioloji mübarizə vasitələri və bitki xəstəlik, eləcə də zərərvericilərinə qarşı bioloji mübarizənin əhəmiyyəti və istiqamətləri haqqında tədbir iştirakçılarının məlumatlandırıb. BM və TBETİ-nin şöbə müdiri Ələddin Tağıyev Azərbaycanın yerli pambıq sortları barədə geniş çıxış edərək bu sortların davamlılığının inteqrir mübarizədə rolunu vurğulayıb.
Seminar çərçivəsində tədbir iştirakçıları lahiyənin tətbiq olunduğu pambıq sahəsində olublar. Pambıq tarlasında fermerləri inteqrir mübarizə barədə maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026