2021-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Qida Sistemləri üzrə Zirvə toplantısı keçiriləcək. Zirvə toplantısına hazırlıq məqsədilə üzv ölkələrdə Milli Dialoqların keçirilməsi planlaşdırılır. Milli Dialoqların təşkil olunmasında əsas məqsəd müxtəlif sahələrdən tərəflərin iştirakı təmin etmək, müasir çağırışlara uyğun inkişaf perspektivlərini müəyyən edən strategiyalar formalaşdırmaq, çoxtərəfli və dayanıqlı qida sistemləri üzrə konkret mərhələləri müəyyənləşdirməkdir.
Azərbaycanda keçirilən ilk Milli Dialoqda Qida Sistemləri üzrə Zirvə toplantısı ilə bağlı Azərbaycan hökuməti tərəfindən təyin olunan milli təşkilatçı, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələri, aidiyyəti qurumların, beynəlxalq təşkilatların, o cümlədən QHT və özəl sektorun təmsilçiləri iştirak edib.
Tədbirdə çıxış edən nazir müavini İlhamə Qədimova Azərbaycan hökumətinin BMT-nin dayanıqlı inkişafla bağlı fəaliyyətini daim dəstəklədiyini qeyd edib. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, bu istiqamətdə zəruri institusional baza yaradılır və kompleks tədbirlər həyata keçirilir. Belə ki, təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i ölkədə iqtisadi, sosial və ekoloji sahələrdə dayanıqlı inkişafın təmin edilməsi üçün reallaşdırılacaq tədbirlərin növbəti mərhələsini təşkil edir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Mələk Çakmak qeyd edib ki, qida sistemlərinin gücləndirilməsi ilə ərzaq təhlükəsizliyinin təmini, dayanıqlı ərzaq təchizatı sistemlərinin yaradılması, sağlam qida istehsalı və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq mümkündür.
Daha sonra BMT Qida Sistemləri Zirvə görüşünə hazırlıqlar, milli dialoq prosesi, davamlı qida sistemlərinin yaradılması mövzularında təqdimatlar olub, təkliflər səslənib, müzakirələr aparılıb. Davamlı İnkişaf Məqsədlərinin tərkib hissəsi kimi daha güclü qida sistemlərinin formalaşdırılması üçün milli qida sistemləri ilə bağlı təcrübə mübadiləsi, daha davamlı qida sistemləri istiqamətində görüləcək tədbirlərin müəyyənləşdirilməsi və səylərin birləşdirilməsi ilə bağlı bu formatda görüşlərin davam etdirilməsinin əhəmiyyətli olduğu qeyd olunub.
Aqronom və baytarlar üçün yeni imkan!
10 Aprel 2026
Aqrar Sığorta Fonduna 6500 hektardan artıq əkin sahəsi üzrə zərər müraciətləri daxil olub
10 Aprel 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Qusarda vətəndaşları qəbul edib
10 Aprel 2026
Yaylaq mövsümü ilə bağlı fermerlərin qeydiyyatına start verilir
09 Aprel 2026
Nazir Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
09 Aprel 2026