Növbəti ildə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili, eləcə də proqnoz məlumatlarının hazırlanması məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin məskunlaşdığı ərazilərdə mütəmadi monitorinqlər həyata keçirilir. Belə ki, noyabr ayı ərzində Ağstafa, İmişli, Saatlı, Göygöl, Ağsu və Hacıqabul rayonlarında çəyirtkəkimilərin küpələrinin aşkar edilməsi məqsədi ilə monitorinqlər aparılıb.
Küdrü düzünün Saatlı və İmişli rayonlarının ərazisinə düşən hissəsinin 315 hektar sahəsində müşahidələr aparılıb, 85 hektar sahədə sirayətlənmə aşkar olunub.
Qeyd edək ki, ərazilərdə aşkar edilmiş küpələrdə olan yumurtaların 85-90%-i sağlamdır.
Şabran rayonunda 1717 hektarda müşahidə, 1365 hektarda sirayətlənmə, Hacıqabul rayonunda 82 hektarda müşahidə, 14 hektarda sirayətlənmə aşkarlanmışdır. Ümumilikdə, respublikanın müxtəlif bölgələrində noyabr ayında 4587 hektarda müşahidə, 795 hektarda sirayətlənmə aşkar edilmişdir.
Qeyd edək ki, 2020-cu ilin sentyabr-noyabr aylarında respublikanın müxtəlif bölgələrində çəyirtkəkimilərin küpələrinin payız müşahidələri ilə bağlı 6788 hektarda müşahidə və 1648 hektarda sirayətlənmə müəyyən olunub.
Aqrar Xidmətlər Agentliyini bildirir ki, bölgələrdə Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin payız müşahidələri davam etdirilir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026