Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə tərəfdaşlığı ilə respublikanın müxtəlif bölgələrində payızlıq əkinlərində fermerlərin maarifləndirilməsi ilə bağlı təlim-seminarlar davam edir.
Növbəti təlim-seminar Tovuz Toxum Emalı Zavodunda keçirilib. Seminarda Dövlət Toxum Fondunun mütəxəssisləri, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alimləri, bölgə fermerləri, toxumçular, təsərrüfat rəhbərləri iştirak ediblər.
Seminarda iştirakçılara payızlıq taxıl səpinində aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması barədə ətraflı məlumatlar verilib. Təlimdə iştirak edən fermerlərə bölgədə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasını təmin edən becərmə texnologiyalarının tətbiq edilməsi və səpinin yüksək keyfiyyətlə aparılmasına nail olmaq üçün ən son elmi nəaliyyətlər barədə təqdimatlar olub. Eyni zamanda bölgənin torpaq-iqlim şəraitinə uyğun, yüksək məhsuldar və keyfiyyətli buğda və arpa sortlarının bioloji xüsusiyyətləri, səpin müddəti, səpin normaları, gübrə normaları və s.haqqında fermərlərə ətraflı məlumatlar verilib.
Təlimdə fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb, maarifləndirici kitabçalar paylanılıb.
Sonda Tovuz Toxum Emalı Zavodunun fəaliyyəti ilə tanış olub.
Təlimlərin növbəti həftədə Xaçmaz, Ağcabədi və Şəki rayonlarında keçirilməsi nəzərdə tutulub.
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
26 Aprel 2024
Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib
26 Aprel 2024
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
25 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib
25 Aprel 2024
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil ediləcək
25 Aprel 2024