Cari ilin iyundan ayının 10-14 tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən respublikamızın bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri həyata keçirilib.
Bu dövrdə fiziki və hüquqi şəxslərin müraciəti ilə bağlanmış müqavilələr əsasında Şəkidə 17900 m3, Oğuzda 6000 m3, Qəbələdə 9000 m3, Zaqatalada 2500 m3, Qaxda 6200 m3, Yevlaxda 30000 m3, Ağsuda 5000 m3, Kürdəmirdə 1000 m3, İsmayıllıda 2000 m3, Dəvəçidə 3400 m3, Qobustanda 4140 m3, Tovuzda 6440 m3, Qazaxda 8600 m3, Ağstafada 900 m3, Bərdədə 11146 m3, Ağcabədidə 18916 m3, Lənkəranda 1800 m3, Beyləqanda 21000 m3, Cəlilabadda 3210 m3, Masallıda 5000 m3, Ağdamda 9650 m3, Biləsuvarda 1840 m3, Salyanda 7715m3 ümumilikdə isə 191457 m3 toxum saxlama anbarlarında fumiqasiya tədbirləri aparılmışdır.
Məlumat üçün bildiririk ki, Fumiqasiya (latın dilində fumigo- tüstü vermək) – zərərsizləşdirmə növü olub, zərərvericilərin və bitki xəstəlik törədicilərinin zəhərli buxar və ya qazlarla (fumiqantlar), məhv edilməsidir. Fumiqantlar maye, qaz və bərk formada olur. Zərərsizləşdirmə işlərinin texnologiyasına əməl etdikdə yüksək səmərə almaq mümkündür. Hazırda dünya təcrübəsində əsasən fosfin qazından istifadə edilir.
Qeyd edək ki, zərərsizləşdirmə (fumiqasiya) tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması – kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması qaydaları izah edilir. Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Son zamanlar dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir. Fumiqasiya tədbirləri həyata keçirilməyən anbarlarda və digər saxlanma yerlərində məhsulun saxlanılması qanunla müəyyən edilmiş qaydada qadağandır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024