Bölgələrdə mineral gübrələrin səyyar satışına hazırlıq işləri başa çatmaq üzrədir.
Fermer və sahibkarların yemləmə, yəni tərkibində azot elementi olan gübrələrə tələbatını vaxtında ödəmək üçün “Aqroservis” ASC mövsümqabağı bütün rayon bölmələrinin anbarlarını kifayət qədər amonium nitrat gübrəsi ilə təmin edib. Səyyar satışlar rayon mərkəzindən uzaq məsafələrdə yerləşən kənd və qəsəbələrdə təşkil olunacaq.
Bu dəfə gün ərzində paralel olaraq 9-10 istiqamətdə mineral gübrələrin satışı həyata keçiriləcək. Səyyar satışların həyata keçirildiyi günlərdə fermer və sahibkarlar “Aqroservis” ASC-nin həmin rayonlarda olan bölmələrinə müraciət etməklə də mineral gübrələr əldə edə biləcəklər.
Vətəndaşlar mineral gübrələrin səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyin 1652 Çağrı Mərkəzinə və (+99450) 234-48-88 nömrəsinə müraciət edə bilər.
Xatırladaq ki, 2019-2020-ci illərdə Cəmiyyət tərəfindən həyata keçirilən səyyar gübrə satışı zamanı 1905 kənd və qəsəbədə 14879 vətəndaşa səyyar xidmət göstərilib və ümumilikdə 8066 tondan çox mineral gübrə satılıb. Bunun 3101 tondan çoxu ammofos, 1484 tondan çoxu nitroammofoska, 1695 tondan çoxu karbamid, 1560 tondan çoxu ammonium-nitrat, 13 tondan çoxu kalium-sulfat, 133 tondan çoxu kükürtlü ammofos gübrəsi təşkil edib.
Qeyd edək ki, fermerlər səyyar satış nöqtələrinə yaxınlaşaraq yalnız “Fermer kartı” və şəxsiyyət vəsiqəsi təqdim etməklə, güzəştli şərtlərlə mineral gübrə əldə bilirlər. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 70% hissəsi fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30% hissə isə fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün isə tam dəyəri “Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir. Ödəniş POS-terminal və səyyar bank terminalları vasitəsilə ilə yerindəcə yerinə yetirilir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026