Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Şəki rayonunda 2020-ci ilin məhsulu üçün payızlıq dənli bitkilərin səpini həyata keçirilən sahələrdə fitosanitar monitorinq aparılıb.
Monitorinqin keçirilməsində məqsəd, siçanabənzər gəmiricilərlə sirayətlənmə dərəcəsini müəyyən etmək və mübarizə tədbirlərini bioloji və iqtisadi cəhətdən əsaslandırılmış vaxtlarda həyata keçirməkdir. Monitorinq zamanı səpinin keyfiyyətinə, toxumların dərmanlanmasına da xüsusi diqqət verilib.
Tədbirlər zamanı sahə kənarlarında və şum aparılmayan kövşənliklərdə siçanabənzər gəmiricilər aşkar edilsə də, yeni səpilmiş taxıl sahələrində aşkar edilməyib. Fitosanitar müşahidələrin gəmiricilərin miqdarı iqtisadi ziyanlı həddə çatana qədər davam etdirilməsi nəzərdə tutulub. Tədbirlər çərçivəsində zərərviriciləri iqtisadi cəhətdən hiss olunmayacaq səviyyədə saxlamaq məqsədi ilə AXA-nın mütəxəssisləri tərəfindən fermerlərə müvafiq məsləhət və tövsiyələr verilib.
Qeyd edək ki, fitosanitar monitorinqlər respublikanın bütün bölgələrində həyata keçirilir. Belə ki, sentyabr ayı ərzində ölkə üzrə ümumilikdə 81 690 hektar sahədə müşahidə, 6218 hektar sahədə isə mübarizə tədbirləri həyata keçirilib.
“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
30 Oktyabr 2026
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
29 Oktyabr 2026
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin noyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
29 Oktyabr 2026
Saatlıda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026