Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov Qəbələ, Ogüz, Şəki, Qax, Zaqatala, Agdaş, Ğöyçay rayonlarında toxumculuq təsərrüfatlarında olub və toxum istehsalcıları ilə görüşüb.
İmran Cümşüdov toxumculuq təsərrüfatlarında istehsal olunmuş toxumun anbarda saxlanılmasına, təmizliyinə, qablaşdırılmasına, və etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya catdırılmasına baxış kecirib. Görüşdə İmran Cümşüdov taxilçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib. İ.Cümşüdov daim fermerlərin yanında olmaq və onların qarşılaşdıqları problemlərin yerində həll olunmasını rəhbərlik tərəfindən qarşıya bir vəzifə olaraq qoyulduğunu nəzərə catdırıb.
Xidmət rəisi bildirib ki, bəzi toxumçuluq təsərrüfatları toxumların mövcuq qaydalara uygun təmizlənməsinə, kondisiyaya catdırılmasına tam əməl etmirlər və bu da son nəticədə istehsalçı fermerlərin yüksək və keyfiyyətli məhsul əldə etməsinə mənfi təsir göstərir. Görüşdə İmran Cümçüdov qeydiyyata alınmış toxum partiyalarından nümunələrin vaxtında götürülməsi, keyfiyyət analizlərinin aparılması, şəffaflığın təmin olunması, toxumçuluqda yeni, innovativ texnoloğiyaların tətbiqi, toxumçuluq sisteminin yenidən qurulması ilə bağlı qarşıda duran vəzifələr barədə məlumat verərək müvafiq məsləhət və tövsiyələrini verib.
Səfər cərcivəsində Göyçay Sort-sınaq məntəqəsində aparılan müxtəlif bitkilərin sort –sınaq işlərinin nəticələri ilə tanış olunub, mövcud catışmazlıqların qısa vaxtda aradan qaldırılması ücün tapşırıqlar verilib.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026