“Aqroservis” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə payızlıq əkin mövsümü ilə əlaqədar olaraq fosforlu və kaliumlu gübrələrə olan tələbata əsasən ammofos, kükürdlü ammofos və nitroammofoska gübrələrinin səyyar satışı prosesi davam etdirilir. Əlavə olaraq digər təyinatlı gübrələrə tələbat olduğu təqdirdə fermerlər həmin gübrələrlə də təmin edilir.
Bu günə qədər səyyar satışdan 600-ə yaxın kənd üzrə ümumilikdə 3000-ə yaxın vətəndaş yararlanıb. Daxil olan müraciətlərə əsasən hər gün 5-6 qrup olmaqla respublikanın müxtəlif kənd və qəsəbələrində paralel olaraq səyyar xidmət göstərilir. Səyyar satışla yanaşı, ASC-nin rayon bölmələri də mövsümlə əlaqədar olaraq şənbə günləri daxil olmaqla fermerlərin mineral gübrəyə olan tələbatının ödənilməsi üçün fəaliyyət göstərirlər. Bir çox hallarda satılan gübrələrin evlərə pulsuz çatdırılmasını təmin edirlər.
Fermerlər səyyar satış təşkil edən “Aqroservis” ASC-nin əməkdaşlarına yaxınlaşaraq yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı” və şəxsiyyət vəsiqəsi təqdim etməklə, güzəştli şərtlərlə mineral gübrə əldə bilirlər. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 70% hissəsi fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30% hissə isə fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün isə tam dəyəri “Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir. Ödəniş pos-terminal və səyyar bank terminalları vasitəsilə ilə yerindəcə, uzaq məsafə qət etmədən yerinə yetirilir.
Qeyd edək ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Vətəndaşlar mineral gübrələrin səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyin 1652 Çağrı Mərkəzinə və (+99451) 229-32-07 nömrəsinə müraciət edə bilər.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024