Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 10-dək kümçülər tərəfindən “Azəripək” MMC-yə 259,93 ton yaş barama təhvil verilib. Ən çox yaş barama təhvili iyunun 10-da qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 72,53 ton yaş barama təhvil veriblər.
Barama tədarükünə görə Zərdab, Füzuli, Balakən, Zaqatala, Bərdə, Şəki və Kürdəmir rayonları öndədir. Bu günədək Zərdabda 43,55 ton, Füzulidə 32,61 ton, Zaqatalada 26,81 ton, Balakəndə 29,16 ton, Bərdədə 20,04 ton, Kürdəmirdə 16,66 ton, Şəkidə 16,55 ton, Ağcabədidə 14,56 ton, Ağdamda 13,98 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.
Qeyd edək ki, 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. 2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır.
Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.
Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.
Aqronom və baytarlar üçün yeni imkan!
10 Aprel 2026
Aqrar Sığorta Fonduna 6500 hektardan artıq əkin sahəsi üzrə zərər müraciətləri daxil olub
10 Aprel 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Qusarda vətəndaşları qəbul edib
10 Aprel 2026
Yaylaq mövsümü ilə bağlı fermerlərin qeydiyyatına start verilir
09 Aprel 2026
Nazir Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
09 Aprel 2026