Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 11-nə kümçülər tərəfindən “Azəripək” MMC-yə 313,13 ton yaş barama təhvil verilib. Ötən gün kümçülər ümumilikdə 53,19 ton yaş barama təhvil veriblər. Ümumiyyətlə, ən çox yaş barama təhvili iyunun 10-da qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 72,53 ton yaş barama təhvil veriblər.
Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən, Bərdə, Şəki, Ağcabədi, Kürdəmir, Ağdam və Qax rayonları öndədir. Bu günədək Zərdabda 51,28 ton, Füzulidə 35,26 ton, Zaqatalada 29,99 ton, Balakəndə 29,16 ton, Bərdədə 23,87 ton, Şəkidə 21,18 ton, Ağcabədidə 18,84 ton, Kürdəmirdə 16,66 ton, Ağdamda 15,73 ton, Qaxda 10,82 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.
Qeyd edək ki, 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. 2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır.
Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.
Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Xaçmazda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
16 Yanvar 2026
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib
16 Yanvar 2026
Nazir Məcnun Məmmədov İsraildə “Sea the future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində keçirilən Nazirlər Panelində çıxış edib
15 Yanvar 2026
Nazir Məcnun Məmmədov Qana Respublikasının balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Arturla görüşüb
15 Yanvar 2026
Azərbaycan nümayəndə heyəti İsrailin akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərinin fəaliyyəti ilə tanış olub
14 Yanvar 2026