Pambıq yığımında orta məhsuldarlıq ötən illə müqayisədə 7,9 sentner artıb
Bu il Azərbaycanın müstəqillik tarixində rekord həddə pambıq yığımı proqnozlaşdırılır.
2019-cu ildə ölkənin 20 rayonunda 100,111 hektar sahədə pambıq əkini həyata keçirilib. Ötən illə müqayisədə pambıq əkini sahələrinin həcmi 32401 hektar azaldılıb, buna rəğmən orta məhsuldarlıq göstəricisi yüksəlib. Ötən il pambıq yığımında orta məhsuldarlıq 17,6 s/ha təşkil etmişdisə, artıq bu ilin oktyabrında bu rəqəm 7,9 sentner/ha artaraq 25,5 sentnerə çatıb.
Məhsuldarlığın yüksəlməsinə səbəb aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması, gübrə ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi, məhsulun sahələrdən texnika ilə itkiyə yol verilmədən yığılmasıdır. 2018-ci ildə pambıq sahələrində yığımın 90 faizdən çoxu pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilib.
Bu il pambığın texnika ilə kütləvi yığımına sentyabrın 24-də start verilib, ötən 5 həftə ərzində qəbul məntəqələrinə 255 min tondan artıq pambıq təhvil verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 min ton, 2018-ci ilin yekun nəticəsi ilə müqayisədə isə 23 min ton artıqdır.
Artıq pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Sahələrdən birinci üz yığım yekunlaşmaq üzrədir, ikinci üz yığımın isə 50 faizi başa çatıb. Bu il ən çox pambıq Saatlı (13741 ha), Ağcabədi (10452 ha), Biləsuvar (10257 ha), Bərdə (10140 ha) və Beyləqan (9706 ha) rayonlarında əkilib. Yığılan pambığın 144185 tonu bu rayonların payına düşür.
Pambıq yığımı davam edir.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026