Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən işlərin əsas məqsədlərindən biri də toxumluq əkinlərin qeydiyyatını aparmaq, toxum və tinglərə tarla nəzarətini (aprobasiyasını – sorttəmizliyini, bitkilərin sağlamlığını, sahənin alaqlanma dərəcəsini və s.), laboratoriya nəzarətini (sorttəmizliyi, toxumun təmizliyi, cücərməsi, təsərrüfat yararlılığı, sağlamlığı və s.) və sertifikatlaşdırılmasını həyata keçirməkdən ibarətdir.
Mövsüm ərzində Dövlət Xidməti və onun yerli qurumlarının mütəxəssisləri tərəfindən mütəmadi olaraq toxum və ting istehsalçılarına toxumluq əkinlərə aqrotexniki qulluğa dair (mineral gübrələrdən istifadə, alaqlara və xəstəliklərə qarşı mübarizə və s.) müvafiq tövsiyələr verilib.
2018-ci ildə 40 ha sahədə müxtəli tinglər (meyvə, üzüm, cay və s.) istehsal olunub. Hazırda Lənkəran rayonunda çay tingi istehsalı (1,95 ha) ilə məşğul olan 3 müəssisədən birinin 1,3 ha sahədə istehsal etdiyi 650 min çay tingi aprobasiya olunub. Aprobasiya zamanı müvafiq standartların tələblərini ödəməyən tinglərin 280 mini çıxdaş olunub, 370 mini isə sertifikatlaşdırılması üçün qeydiyyata alınıb.
Hazırda cari ildə istehsal olunmuş tinglərinin aprobasiyası davam edir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026