KOICA-Azərbaycan tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan və Cənubi Koreya nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Nazirliyin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyinin rəhbərliyi və koreyalı mütəxəssislər iştirak ediblər.
Görüşdə "Lənkəran regionunda çəltik məhsulu üzrə məhsuldarlığın artırılması və dəyər zəncirinin inkişaf etdirilməsi" layihəsinin ilkin detalları müzakirə olunub. Qonaqlara ölkəmizdə çəltikçilik təsərrüfatlarının vəziyyəti və bu sahədə aparılan islahatlar barədə məlumat verilib, tərəflər arasında həyata keçiriləcək layihənin fəaliyyət istiqamətləri razılaşdırılıb. Ölkəmizdə səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Lənkəran rayonunda çəltik təsərrüfatlarına baxış keçirəcəklər.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. “Aqrar Tədarük və Təchizat” satınalan dövlət qurumlarını və özəl təşkilatları fermerlərdən tədarük etdiyi qida məhsulları ilə təchiz etməklə yanaşı, yerli istehsalçıları ixrac həyata keçirməyə də təşviq edir. ATT yarandığı gündən etibarən ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının beynəlxalq standartlara uyğunlaşdırılması və regionlarda yaşayan əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə yerli dövlət və özəl qurumlarla, eləcə də xarici təşkilatlarla sıx əməkdaşlıq edir. KOICA nümayəndələri ilə baş tutan görüşlər də ölkəmizdə aqrar sahəni stimullaşdırmaq məqsədi daşıyır.
Xatırladaq ki, koreyalı mütəxəssislərlə oxşar görüş avqust ayında da təşkil olunub. Ölkəmizdə səfərdə olan koreyalı mütəxəssislər Azərbaycanın kənd təsərrüfatı sektoru və mövcud bazar vəziyyəti ilə bağlı təhlillər aparıb, kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarını araşdırıblar. Məhz həmin görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi qərara alınıb. Belə ki, əldə olunan ilkin razılığa əsasən 2021-ci ildə hər iki tərəf uzunmüddətli və birgə layihəyə start verəcək. Layihə ölkəmizdə çəltikçiliyin inkişafına xidmət göstərəcək. Layihə çərçivəsində ölkəmizdə çəltikçilik kooperativlərinin yaradılması və inkişaf etdirilməsi planlaşdırılır.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026