Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri ölkədə fitosanitar vəziyyəti nəzarətdə saxlamaq, karantin və xüsusi təhlükəli zərərvericilərin yayılma arealını müəyyən etmək məqsədi ilə fitosanitar müşahidələri davam etdirirlər.
Hazırda çəyirtkəkimilərlə sirayətlənmiş Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində, Tovuz, Aqstafa, Şəmkir, Samux rayonlarını əhatə edən Ceyrançöl ərazilərində, eləcə də Qarasu-Padarçöl ərazilərində mütəmadi müşahidələr aparılır və mübarizə tədbirləri həyata keçirilir.
Respublika ərazisində çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri başlayandan bu günə qədər adıçəkilən zərərverici ilə sirayətlənmiş əraziləri aşkar etmək məqsədi ilə 130319 hektar sahədə fitosanitar müşahidələr aparılıb. Küdrü düzü ərazisini əhatə edən 21542 hektar sahədə, Ceyrançöl ərazisini əhatə edən 3010 hektar, Qarasu-Padarçöl ərazilərini əhatə edən 260 hektar və Lapatin ərazisini əhatə edən 300 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb.Cari ildə çəyirtkələrin ilk sürfələrinin çıxışı Küdrü düzu ərazisində aprel ayının ilk ongünlüyündə, Ceyrançöl ərazisində isə aprel ayının üçüncü ongünlüyündə müşahidə edilib. Aprel ayının üçüncü ongünlüyündən Küdrü düzü ərazisində, may ayının birinci ongünlüyündə isə Ceyrancöl ərazisində mübarizə işlərinə start verilib.
Bu ilin aprel, may aylarında yağıntının çox olması səbəbindən ot bitkiləri çox yaxşı inkişaf etdiyi üçün çəyirtkələrin qidalanması üçün münbit şərait yaranıb. Qeyd edilən ərazilərdə çəyirtkənin sürfələri II, III və IV yaş mərhələsindədir və mübarizə tədbirləri operativ sürətdə həyata keçirilir.
Çəyirtkələrə qarşı mübarizə zamanı “Chrysamed Dedex” və “Arrivo 25 ES” preparatlarından, eləcə də ultra kiçik həcmli “AU 8115 M” markalı çiləyicidən və 2000 litrlik qoşqulu çiləyicilərdən istifadə olunur. Ultra kiçik həcmli çiləyici ilə gün ərzində 500 hektara qədər sahədə çəyirtkəkimilərə qarşı mübarizə aparmaq mümkündür. Çiləyicinin əsas üstünlükləri onun yüksək iş sürəti, bioloji səmərəsi, yüngül və mobil olması, asan istifadəsi və təhlükəsiz olmasıdır.
Hazırda qeyd edilən bölgələrdə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir və mübarizə işləri səhər və axşam saatlarında həyata keçirilir. Qeyd edək ki, bu il may ayının ikinci ongünlüyündə Samux rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid olan meşə zolaqlarında da çəyirtkələr aşkar edilib və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün regionlarında mübarizə tədbirləri ilə yanaşı, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinə qarşı mübarizə tədbirləri barədə fermerlər və digər torpaq mülkiyyətçiləri arasında mütəmadi maarifləndirmə işləri aparılır, onlara lazımi metodiki köməkliklər göstərilir. Ölkədə fitosanitar vəziyyətin sabitliyini qorumaq, eləcə də regionalarda həyata keçirilən mübarizə tədbirlərinin vaxtında və çevik həyata keçirilməsi və məhsul itkisinin qarşısının alınması üçün Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssiləri bütün bilik və bacarıqlarını nümayiş etdirərək var gücləri ilə çalışırlar.
Çəyirtkəkimilərlə mübarizə işlərinin səmərəli təşkili Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin ciddi nəzarətindədir. Respublikanın çəyirtkəkimilərlə siraytlənmiş ərazilərində aparılmış monitorinqlər barədə məlumatlar həm Kənd Təsərrüfatı Nazirliyinə, eləcədə məlumatların toplanmasının avtomatlaşdırılması sistemi vasitəsi ilə FAO-ya təqdim edilir.
“Zəfər” futbol turnirinə yekun vurulub
07 Noyabr 2024
Aqrar Sığorta Fondu və Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
06 Noyabr 2024
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladları üçün aqrotur təşkil olunub
05 Noyabr 2024
Aqrar Sığorta Fondu və “Azərkosmos” arasında əməkdaşlıq memorandumu imzalanıb
04 Noyabr 2024
Aqrar sahədə elmi-tədqiqat işlərinin birgə təşkili məqsədilə memorandum imzalanıb
04 Noyabr 2024