Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi Tərəfdaşlıq Proqramı çərçivəsində süni mayalandırma mütəxəssislərinin hazırlanması üçün təlimlərə başlanılıb.
“Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilən təlimlərə süni mayalanma sahəsində işə yeni başlayan, həmçinin bir qrup təcrübəli baytar cəlb olunub.
Təlimləri FAO-nun beynəlxalq ekspertləri tərəfindən hazırlanmış yerli mütəxəssislər aparır. Təlimlər Kənd Təsərrüfatı Nazirliyinin Göygöldə fəaliyyət göstərən Süni Mayalanma Mərkəzində həyata keçirilir və təlimi uğurla başa vuran şəxslərə sertifikatla yanaşı, müvafiq süni mayalanma avadanlıqları da təqdim edilir.
Qeyd edək ki, Tərəfdaşlıq Proqramı çərçivəsində ilkin mərhələdə 60-a yaxın baytarın süni mayalandırma üzrə mütəxəssislərin hazırlanması təlimində iştirakı nəzərdə tutulub.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026