Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaz-tarla işlərinin başlaması ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib.
Mərkəz əməkdaşlarının, elmi tətqiqat institutlarının mütəxəssislərinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir kənd orta məktəbində şagirdlərlə görüşlə başlayıb. Şagirdlərə aqrar iqtisadiyyat, aqrar elmin istiqamətləri haqqında geniş məlumat verilib, məktəb kitabxanasına metodiki vəsaitlər, kitablar, broşurlar bağışlanıb.
Alim və mütəxəssislər sonra kənddəki istixana və arıxanalara baxış keçirib, kənd sakinlərinə yaz-qulluq işləri və arıçılıqla bağlı məsləhətlər veriblər.
Diqqətə çatdırılıb ki, yaxın günlərdə kəndin əkin sahəsində mütərəqqi metod əsasında çiyid səpini həyata keçiriləcək. Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə müasir metodlara əsaslanan 10 sort əkilərək fermerlərə pambığın becərilməsi ilə bağlı məsləhətlər veriləcək.
Görüş zamanı fermerlər və kənd sakinlərinin fikirləri dinlənilib, sakinlərin mineral gübrələr, torpaqların aqrokimyəvi analizi, taxıl sortları, kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə bağlı sualları cavablandırılıb.

Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026